Məşhur "Transfermarkt" portalı 2025-ci ilin ən bahalı 10 qapıçısının siyahısını açıqlayıb.
Moderator.az xəbər verir ki, futbol tarixində ən bahalı qapıçı adı "Mançester Siti"nin və İtaliya millisinin üzvü Canluici Donnarummaya məxsusdur.
Onun dəyəri 45 milyon avro qiymətləndirilir.
2025-ci ilin ən dəyərli qapıçıları:
1. Canluici Donnarumma ("Mançester Siti" / İtaliya) - 45 milyon avro;
2-5. Dioqu Koşta ("Portu" / Portuqaliya) - 40 milyon avro;
2-5. Qreqor Kobel ("Borussiya Dortmund" / İsveçrə) - 40 milyon avro;
2-5. Bart Verbrüggen ("Brayton" / Niderland) - 40 milyon avro;
2-5. Lüka Şevalye (PSJ / Fransa) - 40 milyon avro;
6. Mile Svilar ("Roma" / Serbiya) - 35 milyon avro;
7. David Raya ("Arsenal" / İspaniya) - 32 milyon avro;
8. İnyaki Penya ("Barselona" / İspaniya) - 30 milyon avro;
9-10. Qulyelmo Vikario ("Tottenhem" / İtaliya) - 28 milyon avro;
9-10. Anatoli Trubin ("Benfika" / Ukrayna) - 28 milyon avro.