02:05
4°C
Bakı
Futbol üzrə Fransa millisinin keçmiş üzvü Qael Klişi "Kann" klubunun baş məşqçisi təyin edilib.
Moderator.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Qeyd edək ki, "Arsenal" və "Mançester Siti"də oynadıqdan sonra Qael "İstanbul Başakşehir"də oyunçu-məşqçi rolunda çıxış edib.
Daha sonra o, Fransanın 21 yaşadək yığma komandasında baş məşqçi Tyerri Anrinin köməkçisi işləyib.
Qeyd edək ki, "Kann"ın əsas səhmdarı "Real Madrid"in hücumçusu Kilian Mbappedir. Komanda hazırda Fransanın üçüncü divizionunda oynayır.