İdman
709
17:57, Bu gün

"Qalatasaray" "Fənərbağça"nın keçmiş oyunçusuna göz dikib

"Qalatasaray" qış transfer pəncərəsində 19 yaşlı futbolçu İsak Vuralı transfer etmək istəyir.

Moderator.az xarici mediaya istinadən xəbər verir ki, baş məşqçi Okan Buruk şəxsən özü bu futbolçunu istəyir.

"Qalatasaray" artıq oyunçunun transferi üçün ilkin danışıqlara başlayıb.

Xatırladaq ki, İsak Vural 2022-2023 mövsümündə "Fənərbağça"da çıxış edib. O bu ilin yay transfer pəncərəsində "Frozinone"dən 4.5 milyon avroya "Piza"ya transfer olunub.

Qalatasaray Fənərbağçanın keçmiş oyunçusuna göz dikib

Link kopyalandı!
Son xəbərlər