İdman
759
16:30, Bu gün

"Bavariya" 2025-ci ildə vurulan qolların sayına görə Avropanın aparıcı beş liqasında liderdir

Almaniyanın "Bavariya" klubu 2025-ci ildə vurulan qolların sayına görə Avropanın aparıcı beş liqasında liderdir.

Moderator.az "Opta"ya istinadən xəbər verir ki, Münhen təmsilçisi başa çatmaqda olan təqvim ilində Bundesliqada 107 qol vurub.

Bu, top-5 liqada ən yaxşı nəticədir. Mütləq rekord da məhz "Bavariya"ya məxsusdur. Komanda 2021-ci ildə 116 dəfə rəqib qapılarına yol tapmışdı.

Qeyd edək ki, "Bavariya" hazırda 15 oyundan sonra 41 xalla Bundesliqada liderdir.

Link kopyalandı!
Son xəbərlər