Edinson Kavani futbol karyerasını bitirdi
İdman
342
11:58, Bu gün

Edinson Kavani futbol karyerasını bitirdi

Uruqvay millisinin sabiq hücumçusu Edinson Kavani peşəkar futbolçu karyerasını rəsmən başa vurub.

Moderator.az xəbər verir ki, Kavani bu qərarını sosial şəbəkələrdə paylaşdığı vida mesajı ilə açıqlayıb.

"Məni formalaşdırdın, məndən çox şey istədin, yıxıldığım zaman yenidən ayağa qalxmağı və hər addımı dəyərli etməyi öyrətdin. Uşaqlıqda qeyri-mümkün görünən xəyallarıma çatmağıma, meydanda və meydandan kənarda inanılmaz insanlarla tanış olmağıma imkan verdin.

Bunların heç biri ailəm, dostlarım, komanda yoldaşlarım, məşqçilərim və ən əsası insanlar olmadan mümkün deyildi. Hər ölkədə və hər klubda azarkeşlərin göstərdiyi sevgi həyatımın qalan hissəsində özümlə aparacağım bir şeydir. Mən hər məşqdə və hər oyunda hər şeyimi verdiyimi bilərək sakitliklə ayrılıram. Səhvlərlə, uğurlarla, amma həmişə bu peşəyə hörmətlə", - deyə Kavani paylaşımında yazıb.

Kavani karyerası ərzində Avropanın bir sıra nüfuzlu klublarında çıxış edib. O, İtaliyanın "Palermo" və "Napoli", Fransanın PSJ, İngiltərənin "Mançester Yunayted" və İspaniyanın "Valensiya" komandalarının formalarını geyinib. Uruqvay millisinin də uzun illər əsas fiqurlarından biri olan Kavani bu komandanın heyətində 136 oyun keçirib və 58 qol vurub. O, yığma ilə Amerika Kubokunun qalibi olub, həmçinin bir neçə dünya çempionatında iştirak edib.

Kavani peşəkar karyerası boyunca ümumilikdə 745 matçda meydana çıxıb və 404 qola imza atıb.

Link kopyalandı!
Son xəbərlər