Misli Premyer Liqasının 16 turunda 16 böyükhesablı nəticə qeydə alınıb
İdman
351
11:22, Bu gün

Misli Premyer Liqasının 16 turunda 16 böyükhesablı nəticə qeydə alınıb

Misli Premyer Liqasının 2025/26 mövsümündə indiyədək baş tutan 16 tur ərzində 16 böyükhesablı nəticə qeydə alınıb.

Moderator.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.

Bu qarşılaşmalarda meydan sahibləri doqquz, qonaqlar yeddi dəfə üç və ya daha çox top fərqi ilə qalib gəliblər.

10 komanda böyükhesablı qələbə əldə edib. Yalnız "Araz-Naxçıvan"la "Karvan-Yevlax"ın belə uğuru yoxdur.

"Sabah", "Qarabağ", "Turan Tovuz", "Sumqayıt", "Şamaxı" və "İmişli" hərəyə iki dəfə rəqibi böyük fərqlə məğlub ediblər. "Zirə", "Neftçi", "Kəpəz" və "Qəbələ"nin bir uğuru var.

Gəncə klubu hamıdan çox - altı dəfə, "Karvan-Yevlax" dörd dəfə üç və ya daha çox top fərqi ilə uduzub.

"Araz-Naxçıvan" iki, "İmişli", "Zirə", "Şamaxı" və "Sumqayıt" bir ağır məğlubiyyətə üzülüb.

İki cütdə eyni komanda hər iki dövrədə rəqibini böyük fərqlə üstələyib: "Qarabağ" "Araz-Naxçıvan"ı (5:0, 5:1), "Şamaxı" "Karvan-Yevlax"ı (3:0, 3:0) iki dəfə belə məğlubiyyətə uğradıb.

Link kopyalandı!
Son xəbərlər