İdman
132
00:04, Bu gün

"Barselona" azarkeşləri Levandovskinin klubla yeni müqavilə imzalamasını istəmirlər

"Barselona" azarkeşlərinin 59.3%-i klubun polşalı hücumçusu Robert Levandovskinin müqaviləsinin uzadılmasına qarşıdır.

Moderator.az xəbər verir ki, "Mundo Deportivo" nəşri tərəfindən aparılan sorğuya görə, respondentlərin yalnız 31.6%-i oyunçunun müqaviləsinin uzadılmasının tərəfdarıdır. Respondentlərin 3.6%-i məsələnin yeni müqavilənin şərtlərindən asılı olduğunu bildiriblər.

Qeyd edək ki, bu mövsüm Levandovski "Barselona"nın heyətində La Liqada 13 oyun keçirib, səkkiz qol vurub və bir məhsuldar ötürmə edib. O, həmçinin Çempionlar Liqasının beş oyununda iştirak edib, lakin qol vura bilməyib. Futbolçunun klubla hazırkı müqaviləsi 2026-cı ilin yayına qədərdir.

Link kopyalandı!
Son xəbərlər