21:17
5°C
Bakı
İtaliya A Seriyasının 17-ci turu çərçivəsində "Milan" - "Verona" matçı keçirilib.
Moderator.az xəbər verir ki, qarşılaşma ev sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:0.
Böyükhesablı qalibiyyəti təmin edən qolları Pulişiç və Nkunku (dubl) vurublar.
Bu nəticə ilə "Milan" 35 xalla turnir cədvəlində birinci yeri tutur. "Verona" isə 12 xalla 18-ci pillədə qərarlaşıb.