19:05
6°C
Bakı
"Aston Villa" bütün turnirlərdə ardıcıl qələbələrin sayına görə klub rekordunu təkrarlayıb.
Moderator.az championat.com-a istinadən xəbər verir ki, Unay Emerinin yetirmələri bu uğura İngiltərə Premyer Liqasının (İPL) 18-ci turu çərçivəsində səfərdə "Çelsi"ni 2:1 hesabı ilə məğlub etməklə nail olublar.
Birmingemlilərin hesabında hazırda belə qələbələrin sayı 11-ə bərabərdir. "Aston Villa" daha əvvəl 1897 və 1914-cü illərdə bütün turnirlərdə 11 qələbə seriyasına nail olmuşdu.
Qeyd edək ki, "Aston Villa" İPL-də 39 xalla üçüncü yerdə qərarlaşıb.