Alonso yeni yarımmüdafiəçi axtarır: Arda və Bellinqemlə alınmadı
İdman
287
13:19, Bu gün

Alonso yeni yarımmüdafiəçi axtarır: Arda və Bellinqemlə alınmadı

“Real”da Luka Modriçin gedişindən sonra yarımmüdafiə xəttinin gücləndirilməsinin zəruriliyi açıq şəkildə qəbul olunur.

Klub hələ ötən mövsümdə xorvatiyalını əvəzləyə biləcək kreativ yarımmüdafiəçi axtarışına çıxsa da, nəzərdən keçirilən namizədlərin heç biri rəhbərliyi tam qane etməyib.

Bahalı futbolçular klubun büdcəsinə uyğun gəlməyib, daha əlçatan gənc oyunçular isə “Real”ın tələblərinə cavab verməyib. Bu mövqe üçün Arda Gülər və Cud Bellinqem variantları da dəyərləndirilib. Lakin Güler hələ bu rola tam hazır hesab edilmir və mövqedə möhkəmlənməsi üçün zamana ehtiyacı var, Bellinqem isə daha çox hücumların sonlandırıcısı kimi ön plana çıxır.

“Real”ın əsas hədəfi PSJ-nin yarımmüdafiəçisi Vitinyadır. Ancaq hazırkı mərhələdə bu transferin reallaşması çətin hesab olunur.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər