13:14
6°C
Bakı
GQ nəşri “Formula -1” tarixinin ən varlı pilotlarının reytinqini tərtib edib.
Yeddiqat dünya çempionu Mixael Şumaxer birinci yeri tutub.
Alman pilotun sərvəti 790 milyon dollar qiymətləndirilir və bu, onu siyahının qalan hissəsindən xeyli irəliyə çıxarır.
Digər yeddiqat dünya çempionu Luis Hamiltonun sərvəti təxminən 304 milyon dollardır.
Üçüncü yerdə ikiqat dünya çempionu və “Aston Martin” pilotu Fernando Alonso qərarlaşıb.
Ən varlı “Formula -1” pilotlarının xalis sərvəti:
1. Mixael Şumaxer – 790 milyon dollar
2. Luis Hamilton – 304 milyon dollar
3. Fernando Alonso – 264 milyon dollar
4. Kimi Raykkonen – 254 milyon dollar
5. Niki Lauda – 203 milyon dollar
(Lent.az)