01:18
8°C
Bakı
İngiltərə Premyer Liqasının 18-ci turunda "Çelsi" öz meydanında "Aston Villa"nı qəbul edib.
Moderator.az xəbər verir ki, ilk qolu meydan sahibləri vursalar da, sonda sevinən tərəf qonaqlar olublar.
37-ci dəqiqədə Joau Pedru hesabı açaraq londonluları irəli çıxarıb. Lakin Olli Uotkins 63 və 84-cü dəqiqələrdə dubl edərək "zadəganlar"ı məyus edib - 1:2.
Bu oyundan sonra "Çelsi" İngiltərə Premyer Liqasında 29 xalla beşinci, Aston Villa isə 39 xalla üçüncü yerdədir.