22:55
9°C
Bakı
Yaponiyalı boksçu Naoya İnue ikinci ən yüngül çəki dərəcəsində (55.22 kq-a qədər) mütləq dünya çempionu titulunu altıncı dəfə müdafiə edib.
Moderator.az xəbər verir ki, bu barədə RBC məlumat yayıb.
Məlumata görə, yaponiyalı Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində meksikalı David Pikassonu məğlubiyyətə uğradıb.
Döyüş tam 12 raund davam edib və hakimlər yekdilliklə qələbəni İnueyə veriblər: 119-109, 118-110, 117-111.
Qeyd edək ki, yapon boksçu artıq peşəkar rinqdə 32 qələbə qazanıb və heç vaxt məğlub olmayıb.