14:14
8°C
Bakı
İngiltərənin "Nottingem Forest" klubu tribunalarına keçmiş futbolçularının adlarını verəcək.
Moderator.az xəbər verir ki, bu barədə klubun sahibi Evangelos Marinakis açıqlama verib.
Bildirilib ki, "Siti Qround" stadionunun tribunalarına keçmiş futbolçu, UEFA Çempionlar Liqasının ikiqat qalibi Con Robertsonun adı veriləcək. C.Robertson iki gün əvvəl 73 yaşında vəfat edib.
Qeyd edək ki, keçmiş futbolçu 1979 və 1980-cı illərdə "Nottingem Forest"in heyətində UEFA Çempionlar Kubokunun (indiki Çempionlar Liqası) qalibi adını qazanıb.