İntizam Komitəsi
İdman
169
26 Dec 2025 | 23:59

İntizam Komitəsi "Karvan-Yevlax" - "Neftçi" oyununda baş verənlərlə bağlı qərar qəbul etdi

AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasının XVI turunda keçirilən "Karvan-Yevlax" - "Neftçi" oyununda baş verənlərlə bağlı qərar qəbul edib.

Moderator.az qurumun saytına istinadən xəbər verir ki, Misli Premyer Liqasında XVI turun "Karvan-Yevlax" - "Neftçi" oyunu (1:2) bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna və bu hal cari mövsümdə ikinci dəfə təkrarlandığına görə ev sahibi komanda beş min manat cərimə edilib.

Həmçinin, "Karvan-Yevlax"ın beş futbolçusu sarı vərəqə aldığı üçün 700 manat cərimələnib.

Görüşün 90+8-ci dəqiqəsində qonaqların azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına və bu hal cari mövsümdə dördüncü dəfə təkrarlandığına görə "ağ-qaralar" dörd min manat cərimə olunub.

Eyni zamanda oyun bitdikdən sonra azarkeşləri tərəfindən rəqib komandanın avtobusuna vurulmuş zərərin "Neftçi" tərəfindən qarşılanmasına qərar verilib.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər