Almaniyalı avtoyürüşçü Mixael Şumaxer "Formula-1" tarixində ən çox qazanan pilotların reytinqinə başçılıq edib.
Moderator.az bu barədə "Racing News 365" nəşrinə istinadən xəbər verir.
Bildirilir ki, yeddiqat dünya çempionu və 91 yarışın qalibi olan Şumaxerin sərvəti 790 milyon dollar olaraq qiymətləndirilir.
İkinci yerdə 304 milyon dollarla daha bir yeddiqat dünya çempionu - britaniyalı Lyuis Hemilton qərarlaşıb.
Reytinqin üçüncü pilləsində ikiqat "Kral yarışları" çempionu olan ispaniyalı Fernando Alonso (264 milyon dollar) yer alır.
Finlandiyalı dünya çempionu Kimi Raykonen dördüncü yeri tutur. Onun sərvəti 254 milyon dollar dəyərində qiymətləndirilib.
İlk beşliyi isə 2019-cu ildə vəfat etmiş avstriyalı üçqat dünya çempionu Niki Lauda tamamlayır (203 milyon dollar).