01:22
4°C
Bakı
"Footy Headlines and Opaleak" nəşri "Real Madrid" futbol klubunun 2026-27-ci il mövsümü üçün ev formasının fotosunu sızdırıb.
Bu barədə Moderator.az "Haber Global"a istinadən xəbər verir.
Sızdırılan məlumatlara görə, yeni formanın dizaynında klassik ağ rəng qalır, lakin ağ rəngin yanında yaşıl və çəhrayı detallar diqqət çəkir.
Xüsusilə yaxalıq, brend loqosu və formanın üzərindəki sponsor loqoları tünd-yaşıl rəngdə dizayn edilib. Üç brend zolağı isə çəhrayı rəngdədir.
Bu rəng kombinasiyası "Real Madrid"in ev formaları tarixində indiyə qədər heç vaxt istifadə edilməmiş bir dizayn kimi ortaya çıxır.

