Azərbaycanda keçiriləcək dünya çempionatının oyunları hansı stadionlarda baş tutacaq?
İdman
200
15:57, Bu gün

Azərbaycanda keçiriləcək dünya çempionatının oyunları hansı stadionlarda baş tutacaq?

2027-ci ildə Özbəkistanla şərikli keçiriləcək 20 yaşadək (U-20) futbolçular arasında dünya çempionatının (DÇ) Azərbaycanda hansı stadionlarda baş tutacağı bəlli olub.
 
Moderator.az Prosport.az-a istinadən xəbər verir ki, oyunlar Bakı, Sumqayıt, Gəncə, Qəbələ və Xankəndidə keçiriləcək.
 
Bakıda məkanın Bakı Olimpiya Stadionu (BOS) və Tofiq Bəhramov adına Respublika stadionu olması yönündə müzakirələr gedir. BOS U-20-lərin DÇ-də tamaşaçı doldurmaq üçün kifayət qədər böyük olduğundan, 2-ci variant da müzakirə olunur.
 
Sumqayıtda Mehdi Hüseynzadə adına şəhər stadionu, Qəbələdə şəhər stadionu, Gəncədə yeni açılmış və hələ qazonu üzərində iş görülən Gəncə stadionu və Xankəndidə şəhər stadionu dünya çempionatı üçün nəzərdə tutulub.
 
Lakin Xankəndidəki stadionda məşq üçün ehtiyat meydançaların olmaması burada oyunun keçirilməməsi üçün səbəb ola bilər. Hər halda, ehtiyat meydançalar salınsa, burada da oyunlar keçiriləcək.
 
Onu da bildirək ki, FIFA oktyabrın 2-də keçirdiyi iclasında U-20 DÇ-nin Azərbaycan və Özbəkistana verilməsini təsdiqləyib. Mundialda 24 komandanın 6 qrupda mübarizə aparması gözlənilir.
Link kopyalandı!
Son xəbərlər