Kaxaber Sxadadzeyə dörd oyunluq,
İdman
199
15:26, Bu gün

Kaxaber Sxadadzeyə dörd oyunluq, "Qəbələ"yə 10 min manatlıq CƏZA

"Qəbələ" komandasının baş məşqçisi Kaxaber Sxadadze dörd oyunluq cəzalanıb.
 
Moderator.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.
 
Buna mütəxəssisin Misli Premyer Liqasının XVI turunda "Qarabağ"la matçda hakimləri təhqir etməsi səbəb olub. "Qırmızı-qaralar" bu səbəbdən 10 000 min manat cərimələnib.
 
Eyni zamanda "Qəbələ" dörd futbolçusunun matçda sarı vərəqə aldığı üçün 700, "Qarabağ" isə azarkeşlərin pirotexniki vasitədən istifadəsinə görə 5000 manat ödəməli olacaq.
Link kopyalandı!
Son xəbərlər