İdman
268
16:25, Bu gün

"Atletik Bilbao" klubu "Qarabağ"ın şikayəti əsasında cəzalandırıldı

UEFA İspaniyanın "Atletik Bilbao" klubunu UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunda "Qarabağ"a (3:1) qarşı oyun zamanı baş verən qayda pozuntularına görə cəzalandırıb.

Moderator.az xəbər verir ki, Avropa futbol qurumu Bilbao komandasına 10 min avro cərimə tətbiq edib.

"Atletik" "İdman tədbirinə uyğun olmayan mesajın ötürülməsi" (xüsusilə siyasi, ideoloji, dini və ya təhqiredici məzmunlu jest, söz, obyekt və ya hansısa başqa vasitələrlə ötürülməsi) səbəbindən cəza ilə üzləşib.

Xatırladaq ki, sözügedən matç zamanı "Atletik Bilbao" komandasının azarkeşləri vaxtilə erməni separatçılarının Qarabağda yaratdıqları, 2023-cü ildə məhv edilmiş qondarma rejimin "bayrağını" qaldırmışdılar.

"Qarabağ" rəsmiləri isə həm oyundan əvvəl, həm də oyun zamanı şəhərdə baş verən təxribatlarla bağlı meydan sahiblərinə məlumat vermişdi, həmçinin UEFA-ya müraciət etmişdi.

Link kopyalandı!
Son xəbərlər