Misli Premyer Liqasında 2025-ci ilin ən yaxşı komandası müəyyənləşdi
İdman
361
11:45, Bu gün

Misli Premyer Liqasında 2025-ci ilin ən yaxşı komandası müəyyənləşdi

Misli Premyer Liqasında 2025-ci ilə yekun vurulub.
 
Moderator.az xəbər verir ki, il ərzində iki fərqli mövsüm çərçivəsində 185 matç keçirilib.
 
2024/2025-ci illər mövsümünün ikinci yarısında 90, 2025/2026-cı illər mövsümünün ilk hissəsində 95 qarşılaşma baş tutub. Bu görüşlərdən biri texniki nəticə ilə yekunlaşıb.
 
Həmin matç nəzərə alınmasa, 184 oyunda 447 qol vurulub. Orta məhsuldarlıq 2,43-ə bərabər olub.
 
Bu il 13 komanda Premyer Liqada çıxış edib. “Səbail” ötən, “Qəbələ”, “Karvan-Yevlax” və “İmişli” cari mövsümdə bu həyəcanı yaşayıb.
 
2025-ci ilin ən yaxşısı “Qarabağ” olub. Ağdam klubu qələbə (24), vurulan qol (71), top fərqi (44) və xalların sayında (78) hamını qabaqlayıb. Hər iki mövsümdə çıxış edənlər arasında ən az qol buraxan da (22) “Qarabağ”dır.
 
Ağdamlılar məğlubiyyətlərin az olmasında “Zirə” ilə şərikdir. Qəsəbə klubu xal sayında 2-cidir. Cari mövsümün qış çempionu “Sabah” isə ilin 3-cü komandasıdır.
 
Link kopyalandı!
Son xəbərlər