23:04
4°C
Bakı
"Əl-İttihad"ın hücumçusu Karim Benzema İspaniyalı rəssam Pablo Pikassonun 1964-cü ildə çəkilmiş "Saqqallı kişi portreti" adlı tablosunu satın alıb.
Moderator.az "RMC Sport"a istinadən xəbər verir ki, futbolçu sosial şəbəkələrdə əsəri "Evə xoş gəldin" şərhi ilə paylaşıb.
Tablo 2025-ci ilin əvvəlində Nyu-Yorkda incəsənət dileri Helli Nahmadın qalereyasında sərgilənmişdi.
Alışın məbləği açıqlanmayıb, lakin Pikasso tablolarının hərraclarda çox vaxt 1 milyon avrodan artıq qiymətə satıldığı məlumdur.
