19:07
7°C
Bakı
Azərbaycan kikboksçusu, İslam Həmrəyliyi Oyunlarının, Dünya və Avropa çempionatlarının qalibi Bəhram Rəcəbzadə döyüş arenalarına geri dönüş edir.
Moderator.az xəbər verir, "GLORY" təşkilatının peşəkar turnirində mübarizə aparacaq.
Ağır çəkidə mübarizə aparan idmançımızın rəqibi Kristian Kristya olacaq. Qarşılaşma fevralın 7-də baş tutacaq.
Qeyd edək ki, B.Rəcəbzadə bir müddət öncə hakimlər tərəfindən haqsızlığa uğradığına görə peşəkar karyerasını bitirdiyini elan etmişdi.