Məşhur baş məşqçidən gözlənilməz qərar - Çəki alsalar, oyuna aparmayacaq
İdman
166
14:15, Bu gün

Məşhur baş məşqçidən gözlənilməz qərar - Çəki alsalar, oyuna aparmayacaq

İngiltərənin “Mançester Siti” klubunun baş məşqçisi Xosep Qvardiola Milad bayramından sonra futbolçuların çəkisinə şəxsən nəzarət edəcək.

54 yaşlı mütəxəssis bayramla əlaqədar futbolçulara dekabrın 25-nə qədər istirahət verib.

“Futbolçular məndən dekabrın 20-də "Vest Hem"lə (3:0) matçdan sonra onlara istirahət günü verməyimi istədilər, amma mən cavab verdim ki, xeyr, çünki siz kifayət qədər yaxşı oynamadınız. Onlar çəkidən keçdilər və hər şey ideal idi. Amma 25-də yenidən çəkiləcəklər ki, çəki artımı olub-olmadığını görək. Üç günlük fasilədən sonra klubda olduqları vaxt mən onların vəziyyətini yoxlamaq istəyirəm. Mən şəxsən onların çəkisini yoxlayacağam. Futbolçular yeyə bilərlər, amma mən onları nəzarətdə saxlamaq istəyirəm. 27-də heyəti seçməli olacağam. Əgər indi futbolçu formadadırsa, amma sonra üç kiloqram artıq çəkidə qayıtsa, o, Mançesterdə qalacaq. O, Nottingemə getməyəcək”, — deyə, Qvardiola bildirib.

Qeyd edək ki, “Mançester Siti” dekabrın 27-də Premyer Liqanın XVIII turunda səfərdə *“Nottingem Forest"lə qarşılaşacaq.

Link kopyalandı!
Son xəbərlər