14:03
10°C
Bakı
"Liverpul" klubunun futbolçusu Aleksandr İsak ciddi zədə alıb.
Dünən "Tottenhem"ə qarşı keçirilən oyunda (2:1) zədələnən isveçli hücumçunun sol ayağında sınıq aşkarlanıb.
Klub tərəfindən bu barədə rəsmi açıqlama olmasa da, Aleksandr İsakın bir neçə ay forma geyinə bilməyəcəyi ehtimal olunur.
Qeyd edək ki, "Liverpul" UEFA Çempionlar Liqasının VIII turu çərçivəsində yanvarın 28-də İngiltərədə təmsilçimiz "Qarabağ"ı qəbul edəcək.
