Dani Alveş uzun müddətdən sonra futbola qayıdır
İdman
829
09:17, Bu gün

Dani Alveş uzun müddətdən sonra futbola qayıdır

"Barselona"nın və Braziliya millisinin sabiq futbolçusu Dani Alveş Portuqaliyanın III divizionunda çıxış edən "San-Juan-de-Ver" klubunu satın almaq niyyətindədir.

Alveş eyni zamanda növbəti altı ay ərzində peşəkar futbola qayıtmaq imkanını da nəzərdən keçirir.

İlkin plan futbolçunun həm meydanda çıxış etməsi, həm də klubda inzibati və idmanyönümlü rəhbər funksiyalarını yerinə yetirməsini nəzərdə tutur. O, debütünü və mümkün dönüşünü gələn mövsüm üçün planlaşdırır.

Qeyd edək ki, Dani Alveş 2023-cü ildən bəri rəsmi matçlarda iştirak etmir. O, İspaniyada cinsi zorakılıq ittihamı ilə həbs edilib, iş bir ildən artıq davam edib, 2024-cü ildə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Lakin 2025-ci ildə məhkəmə sübutların kifayət qədər olmaması səbəbindən ittiham hökmünü ləğv edib.

Karyerası ərzində Alveş "Barselona" ilə altı dəfə İspaniya çempionu, üç dəfə Çempionlar Liqasının qalibi olub. O, "Sevilya" ilə iki dəfə UEFA Kubokunu, PSJ ilə isə iki dəfə Fransa çempionatını qazanıb.

Link kopyalandı!
Son xəbərlər