La Liqa:
İdman
540
21:30, Bu gün

La Liqa: "Barselona" azlıqda qalan rəqibini məyus etdi

İspaniya La Liqasının 17-ci turunda lider "Barselona" "Vilyarreal"ın qonağı olub.

Moderator.az xəbər verir ki, qarşılaşma katalonların qələbəsi ilə başa çatıb.

Qonaqlardan Rafinya 12-ci dəqiqədə penalti ilə hesabı açıb. 39-cu dəqiqədə "Vilyarreal"ın müdafiəçisi Renato Veyqa birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub. Say üstünlüyündən yararlanan "Barsa" Yamalın 64-cü dəqiqədəki dəqiq zərbəsi ilə yekun hesabı müəyyənləşdirib - 2:0.

18 oyunundan sonra "Barselona" 46 xalla turnir cədvəlinə başçılıq edir. "Vilyarreal" 16 oyundan sonra 35 xalla dördüncü yerdədir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər