17:53
8°C
Bakı
"Mançester Siti" futbol klubunun hücumçusu Erlinq Holand Miladdan öncə vurulan qolların sayına görə İngiltərə Premyer Liqasının (İPL) rekordunu təkrarlayıb.
O, bu naliyyətə 17-ci turda "Vest Hem" üzərində 3:0 hesablı qələbə qazandıqları oyunda nail olub.
Norveçli hücumçu qarşılaşmada dubla imza ataraq, İPL-nin 2025/2026 mövsümündə qollarının sayını 19-a çatdırıb. Daha əvvəl oxşar göstərici Endi Koul, Kevin Fillips və Luis Suaresdə olub.
Holand bu mövsüm "Mançester Siti"nin heyətində bütün turnirlərdə 27 oyunda 28 qol vurub və beş məhsuldar ötürmə edib.