Erlinq Holand İngiltərə Premyer Liqasının rekordunu təkrarladı
İdman
691
15:50, Bu gün

Erlinq Holand İngiltərə Premyer Liqasının rekordunu təkrarladı

"Mançester Siti" futbol klubunun hücumçusu Erlinq Holand Miladdan öncə vurulan qolların sayına görə İngiltərə Premyer Liqasının (İPL) rekordunu təkrarlayıb.

Moderator.az "Opta Sport"a istinadən xəbər verir ki, o, bu naliyyətə 17-ci turda "Vest Hem" üzərində 3:0 hesablı qələbə qazandıqları oyunda nail olub.

Norveçli hücumçu qarşılaşmada dubla imza ataraq, İPL-nin 2025/2026 mövsümündə qollarının sayını 19-a çatdırıb. Daha əvvəl oxşar göstərici Endi Koul, Kevin Fillips və Luis Suaresdə olub.

Holand bu mövsüm "Mançester Siti"nin heyətində bütün turnirlərdə 27 oyunda 28 qol vurub və beş məhsuldar ötürmə edib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər