Tyaqo Silva Avropaya qayıdır
İdman
335
09:00, Bu gün

Tyaqo Silva Avropaya qayıdır

Braziliyalı müdafiəçi Tyaqo Silva Portuqaliyanın "Porto" klubu ilə müqavilə imzalayıb.

Moderator.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Oyunçu Portuqaliya klubu ilə 2026-cı ilin iyun ayına qədər qısamüddətli razılıq əldə edib. Lakin müqavilənin müddətini 2027-ci ilin yayına qədər uzatmaq imkanı var.

"Porto"nun baş məşqçisi Andre Villas-Boaşın müdafiəçini əldə etməkdə son dərəcə maraqlı olduğu bildirilir.

Qeyd edək ki, Silva Braziliyanın "Fluminense" klubundan azad agent kimi ayrılıb. Klub ilə müdafiəçi 212 oyun keçirib, 19 qol vurub və komandanın kapitanı olub. O, Braziliya Kubokunu qazanıb.

Karyerası ərzində Silva "Milan", PSJ və "Çelsi" kimi Avropa klublarının heyətində çıxış edib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər