00:22
8°C
Bakı
İngiltərə Premyer Liqasının 17-ci turunda "Mançester Siti" "Vest Hem"i qəbul edib.
Moderator.az xəbər verir ki, matçda ev sahibi komanda 3-0 hesabı ilə qalib gəlib.
Holand dublla yadda qalıb (6, 69). Daha bir dəqiq zərbənin müəlifi isə Reynders (38) olub.
Bu qələbə sayəsində "Siti" 37 xalla turnir cədvəlində birinci yerə yüksəlib. Onların rəqibi isə 13 xalla 18-ci yerdədir.
Növbəti turda Xosep Qvardiolanın komandası 27 dekabrda "Nottingem Forest"lə, "Vest Hem" isə həmin gün "Fulhem"lə qarşılaşacaq.