23:01
8°C
Bakı
İngiltərə Premyer Liqasının 17-ci raundunda "Nyukasl" "Çelsi"ni qəbul edib.
Moderator.az xəbər verir ki, oyunda qalib müəyyənləşməyib.
Komandalar hərəyə iki dəfə fərqlənməklə xalları yarı bölüblər - 2:2. Meydan sahiblərindən Voltemade (4, 20), qonaqlardan isə Ceyms (49) və Pedro (66) fərqləniblər.
17 oyundan sonra "Çelsi" 29 xalla Premyer Liqanın turnir cədvəlində 4-cü yerdədir. "Zadəganlar" lider "Arsenal"dan 7 xal geridədirlər, lakin ehtiyatda bir oyunları var. "Nyukasl" isə 23 xalla 11-ci sırada qərarlaşıb.