Braziliya klubu
İdman
1287
18:53, Bu gün

Braziliya klubu "Qarabağ"ın futbolçusunu almaqda İSRARLIDIR: İkinci təklif göndərildi

Braziliyanın "Botafoqo" futbol klubu "Qarabağ"ın yarımmüdafiəçisi Pedro Bikalyo ilə müqavilə imzalamaq üçün ikinci dəfə rəsmi təklif göndərib.

Moderator.az xəbər verir ki, məlumatı "Globo" nəşri yayıb.

Təklifin formatı dəyişməyib (satın almaq hüququ ilə icarə), lakin bu dəfə Rio-de-Janeyro klubu qısamüddətli perspektivdə Avropa komandasına ödəməyə hazır olduğu məbləği artırıb.

Məlumatda qeyd edilib ki, Bikalyonun komandaya cəlb olunması "Botafoqo"nun transfer pəncərəsindəki prioritetlərindən biridir. Klub P.Bikalyo ilə yanaşı, "Ferentsvaroş"dan (Macarıstan) "Qarabağ"ın keçmiş oyunçusu Xulio Romaonun da transferinə çalışır.

 

(Oxu.az)

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər