Ronaldonun komandasına TRANSFER QADAĞASI
İdman
3453
20 Dec 2025 | 18:08

Ronaldonun komandasına TRANSFER QADAĞASI

Səudiyyə Ərəbistanının "Ən-Nəsr" futbol klubuna yeni oyunçuların transferi qadağan edilib.

Moderator.az xəbər verir ki, bu barədə Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının (FIFA) rəsmi saytında məlumat yerləşdirilib.

Yerli mətbuatın yazdığına görə, bu qərar klubun ispan müdafiəçisi Emerik Laportun "Mançester Siti"dən transferi üçün nəzərdə tutulan ödənişlərdən birini həyata keçirmədiyi üçün qəbul edilib. Mənbəyə görə, söhbət 9 milyon avrodan gedir və məbləğ ödənildikdən sonra oyunçuların transferinə qoyulan qadağa aradan qaldırılacaq.

Qeyd edək ki, 31 yaşlı Laport 2023-2025-ci illərdə "Ən-Nəsr"də çıxış edib. O, komandada 69 oyun keçirib, doqquz qol vurub və bir məhsuldar ötürmə edib. E.Laport hazırda İspaniyanın "Atletik" klubunda çıxış edir.

Xatırladaq ki, "Ən-Nəsr"də beşqat "Qızıl top"un sahibi və Çempionlar Liqasının beşqat qalibi portuqaliyalı hücumçu Kriştianu Ronaldo da var.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər