“Neftçi” “Karvan-Yevlax”ı məğlub etdi
İdman
138
16:28, Bu gün

“Neftçi” “Karvan-Yevlax”ı məğlub etdi

Misli Premyer Liqasının XVI turunda "Neftçi" səfərdə "Karvan-Yevlax"la üz-üzə gəlib.
 
Moderator.az-ın məlumatına görə, Yevlax şəhər stadionunda baş tutan oyun Bakı kollektivinin 2:1 hesablı qələbəsi ilə bitib.
 
Meydan sahiblərinin heyətində 45+9-cu dəqiqədə Araz Abdullayev penalti zərbəsindən hesabı açıb. 61-ci dəqiqədə Bassala Sambu qonaqların bərabərlik qoluna imza atıb. "Ağ-qaralar"a qalibiyyət gətirən qolu isə Emin Mahmudov vurub. Kapitan 90+7-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib.
 
Tərəflər arasında I dövrədə keçirilən oyun bərabərə bitmişdi - 0:0.
 
"Neftçi" 20 xalla 8-ci yerdə qərarlaşıb. Hesabında 6 xal olan "Karvan-Yevlax" 12 komandanın sıralamasında sonuncudur.
 
Qeyd edək ki, turun açılış oyununda "Turan Tovuz" "Kəpəz"ə 2:0 hesabı ilə qalib gəlib.

Günün digər oyununda “Zirə” “İmişli”ni qəbuk edəcək. Görüş saat 16:30-da start götürəcək.

XVI tura dekabrın 22-də yekun vurulacaq

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər