Bizi sosial şəbəkələrdən izləyin:
Məşhur şəxslər arasında narkotik vasitələrin istifadəsi və satışı üzrə istintaq çərçivəsində "Fənərbağça" klubunun prezidenti Sadettin Saran ifadə vermək üçün prokurorluğa çağırılıb.
Moderator.az xəbər verir ki, məlumatı "Haber Global" yayıb.
"Fənərbağça" klubunun prezidentinə qarşı "narkotik maddələrlə təmin etmək və narkotik maddələrin istifadəsinə imkan yaratmaq"la bağlı ittiham irəli sürülüb.
İstanbul Baş Prokurorluğunun çağırışı əsasında Milandan xüsusi təyyarə ilə gecə saatlarında Atatürk Hava Limanına enən S.Saranı orada çoxsaylı tərəfdarı qarşılayıb.
Dəstək üçün azarkeşlərə minnətdarlıq edən klub prezidenti səhər saatlarında İstanbul Prokurorluğuna gedərək, ifadə verib.