01:19
4°C
Bakı
On yeddi yaşlı isveçli yarımmüdafiəçi Vinsent İbrahimoviç İtaliyanın "Milan" futbol klubu ilə ilk peşəkar müqaviləsini imzalayıb.
Moderator.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlmat yayıb.
Məlumata görə, o gənc istedadların təlimi və inkişafına həsr olunmuş "Milan Futuro" gənclər komandasında çıxış edəcək.
Qeyd edək ki, Vinsentin böyük qardaşı Maksimilian İbrahimoviç də "Milan"ın U19 komandasında oynayır.
Xatırladaq ki, Vinsent və Maksimilianın atası Zlatan İbrahimoviç 2010-2012 və 2020-2023-cü illərdə "Milan"da oynayıb. 2023-cü ilin iyul ayında Zlatan karyerasını başa vurub.