İdman
856
20:20, Bu gün

"Fənərbağça" prezidenti prokurorluğa çağırıldı, evində axtarış aparıldı

Türkiyədə məşhur şəxslər arasında narkotik vasitələrin istifadəsi və satışı üzrə istintaqın əhatə dairəsi genişlənir.

Moderator.az "Sabah"a istinadən xəbər verir ki, iş çərçivəsində "Fənərbağça" klubunun prezidenti Sadettin Saran şübhəli şəxs kimi dindirilmək üçün prokurorluğa çağırılıb.

Məlumata görə, xaricdə olduğu bildirilən Saran Türkiyəyə qayıtdıqdan sonra prokurorluğa ifadə verməli olacaq. Artıq polis əməkdaşları onun evində axtarış aparıblar.

Məsələ ilə bağlı hələlik rəsmi açıqlama verilməsə də, istintaqın çoxşaxəli şəkildə davam etdiyi bildirilib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər