Hakimləri təhqir edən Azərbaycanın II Liqa təmsilçisi "Şəmkir"in rəsmiləri dörd oyunluq diskvalifikasiya olunublar.
Moderator.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar qəbul edib.
XIII turun "Quba" ilə oyunu bitdikdən sonra hakimləri təhqir edən "Şəmkir"in meneceri Taleh Əliyev və digər rəsmisi Elçin Qurbanov dörd oyunluq cəzalanıblar. Bununla yanaşı, hər iki şəxsin hərəkətinə görə klub 1 000 manat cərimələnib.
Həmçinin "Şəmkir" beş oyunçusunun sarı vərəqə almasına görə 70, azarkeşləri tərəfindən hakimlərin ünvanına təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ikinci dəfə təkrarlandığına görə 600 manat ziyana düşüb.
Şəmkir komandasının futbolçusu Fərid İslamzadə ikinci "sarı"dan qırmızı vərəqə aldığı üçün bir oyunluq cəzalandırılıb. Onun hərəkətinə görə bölgə klubu 50 manat cərimələnib.