Azərbaycan klubuna texniki məğlubiyyət verilib
İdman
443
16:20, Bu gün

Azərbaycan klubuna texniki məğlubiyyət verilib

Azərbaycan II Liqasında çıxış edən "Sheki City" klubu texniki məğlubiyyətlə cəzalandırılıb.

Moderator.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

Bölgə təmsilçisinə XIII turda "Qaradağ Lökbatan"la matça çıxmadığı üçün 0:3 hesablı texniki məğlubiyyət verilib. Bununla yanaşı, klub 1 000 manat cərimələnib.

Qeyd edək ki, "Sheki City" Azərbaycan II Liqasında 13 oyundan sonra 25 xalla dördüncü pillədə qərarlaşıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər