11:30
10°C
Bakı
Bu gün Azərbaycan Premyer Liqasında XVI tura start veriləcək.
Moderator.az xəbər verir ki, ilk oyun günündə bir görüş keçiriləcək.
Yevlax şəhər stadionunda "Kəpəz" "Turan Tovuz"u qəbul edəcək. Saat 14:00-da start götürəcək Qərb derbisini FIFA referisi Kamal Umudlu idarə edəcək.
Gəncə təmsilçisi 15 oyundan sonra 9 xalla 10-cu, Tovuz klubu isə 14 matçdan 24 xalla 5-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, tura dekabrın 22-də yekun vurulacaq.
Azərbaycan Premyer Liqası
XVI tur
19 dekabr
14:00. “Kəpəz” – “Turan Tovuz”
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Kərim Zeynalov, Əkbər Əhmədov
VAR: Nicat İsmayıllı
AVAR: Şirmamed Mamedov
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Namiq Əliyev
Yevlax şəhər stadionu