İdman
188
19:30, Bu gün

"Finalissima"nın dəqiq tarixi açıqlandı - RƏSMİ

İspaniya və Argentina milli komandaları 2026-cı il martın 27-də "Finalissima" kuboku uğrunda mübarizə aparacaqlar.

Moderator.az bildirir ki, bu barədə məlumatı UEFA-nın Mətbuat Xidməti yayıb.

Oyun Qətərin Doha şəhərindəki "Lusail" stadionunda keçiriləcək. Matç Bakı vaxtı ilə saat 22:00-da baş tutacaq.

Qeyd edək ki, "Finalissima" Avropa və Amerika çempionlarının qarşılaşdığı oyundur.

2024-cü ildə Argentina milli komandası Amerika Kubokunda qələbə qazanıb. İspaniya yığması həmin il Avropa çempionu tituluna sahib çıxıb.

Link kopyalandı!
Son xəbərlər