18:35
8°C
Bakı
"Barselona"nın almaniyalı qapıçısı Mark-Andre ter Ştegenin klubun media üçün əsas daxili məlumat mənbəyi olması barədə iddialar yayılıb.
Moderator.az xəbər verir ki, bu barədə tanınmış jurnalist Rafael Ernandes məlumat verib.
Məlumata görə, daha əvvəl "Barselona"nın baş məşqçisi Hans-Diter Flikin komandanın paltardəyişmə otağında "agent" aşkarladığı barədə məlumatlar yayılıb, lakin konkret ad çəkilməyib.
Qeyd edək ki, məşhur qolkiper 2014-cü ildən bəri "Barsa"da oynayır. Təcrübəli qapıçı bu mövsüm cəmi bir oyun keçirib. O, ciddi zədə səbəbindən uzun müddət yaşıl meydanlardan kənarda qalıb.