Bizi sosial şəbəkələrdən izləyin:
"Globe Soccer Awards" versiyası üzrə 2025-ci ilin "Dünyanın ən yaxşı məşqçisi" adına namizədlərinin adları açıqlanıb.
Bu barədə Moderator.az Championat.com-a istinadən xəbər verir.
Məlumata görə, namizədlər arasında Xabi Alonso ("Real Madrid"), Mikel Arteta ("Arsenal"), Luis Enrike (PSJ), Hans-Diter Flik ("Barselona") və Entso Mareska ("Çelsi") var.
İllik mükafatlandırma mərasimi olan "Globe Soccer Awards" tədbirində ilin yekunlarına görə futbol mühitində ən böyük nailiyyətləri əldə edən insanlar müəyyən edilir. Müxtəlif nominasiyalarda qaliblər səsvermə yolu ilə müəyyən edilir. Mükafatlandırma mərasimi dekabrın 28-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək.
Keçən ilin yekunlarına görə, "Real Madrid"in baş məşqçisi Karlo Ançelotti "Dünyanın ən yaxşı məşqçisi" mükafatını qazanıb. Hazırda italiyalı mütəxəssis Braziliya milli komandasını çalışdırır.