AGF işğaldan azad olunmuş ərazilərdə
İdman
496
12:41, Bu gün

AGF işğaldan azad olunmuş ərazilərdə "Güləş Qarabağda" kampaniyasını həyata keçirib

Azərbaycan Güləş Federasiyası (AGF) işğaldan azad olunmuş ərazilərdə "Güləş Qarabağda" kampaniyasını həyata keçirib.
 
Moderator.az xəbər verir ki, Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsinin təşkilati dəstəyi ilə baş tutan kampaniya Qarabağ və Şərqi Zəngəzuru əhatə edib.
 
Tanınmış güləşçilər, Gənclər və İdman Nazirliyi və Azərbaycan Güləş Federasiyasının rəsmilərindən ibarət olan nümayəndə heyəti iki gün boyunca Xankəndi, Laçın, Şuşa və Füzulidə keçirilən təbliğat və təşviqat xarakterli tədbirlərdə iştirak edib.
 
Xankəndi 4 saylı orta məktəbdə, Qarabağ Universitetində, Laçın 2 saylı orta məktəbdə, Füzuli güləş zalında, eləcə də Şuşa qalasında yeniyetmə və gənclərlə görüşən güləşin ulduzları onlara avtoqraf verib, müxtəlif sualları cavablandırıb və öz tövsiyələrini çatdırıblar. Güləşlə bağlı müxtəlif viktorinalar bu tədbirlərə əlavə rəng qatıb.
 
Qeyd edək ki, Qarabağa Böyük Qayıdış layihəsinin tərkib hissəsi olan "Güləş Qarabağda" kampaniyasının keçirilməsində məqsəd işğaldan azad edilmiş torpaqlarda güləşimizi təbliğ etmək, bu idman növünün populyarlığını artırmaq, maariflənməni genişləndirmək, gənc nəslin motivasiyasını yüksəltmək, onların milli ruhda inkişafına töhfə verməkdən ibarət olub.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər