Ekvador
İdman
454
12:31, Bu gün

Ekvador "Barselona"sının 34 yaşlı futbolçusu öldürüldü

Ekvadorda yerli "Barselona" klubunun 34 yaşlı futbolçusu Mario Pineyda öldürülüb.
 
Moderator.az xəbər verir ki, bu barədə klubdan məlumat verilib.
 
Məlumata görə, idmançı ona edilən silahlı hücumdan sonra dünyasını dəyişib:
 
"Klub oyunçumuz Mario Pineydanın ona qarşı hücumdan sonra ölümünü dərin təəssüf hissi ilə bildirir".
 
"Ecuavista Noticias" telekanalının məlumatına görə, hücum zamanı oyunçunun həyat yoldaşı da ölüb, anası isə yaralanıb.
 
Pineyda 2016-cı ildən "Barselona"da oynayır, komanda ilə iki Ekvador çempionluğu və bir ölkə kubokunu qazanıb. Futbolçu karyerası ərzində Ekvadorun "İndependiyente del Valle" və "Nasional", eləcə də Braziliyanın "Fluminense" klublarında da oynayıb. Müdafiəçi Ekvador yığmasında səkkiz oyun keçirib, bir məhsuldar ötürmə ilə yadda qalıb.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər