FIFA Qitələrarası Kubokunun qalibi müəyyənləşdi
İdman
211
00:17, Bu gün

FIFA Qitələrarası Kubokunun qalibi müəyyənləşdi

2025-ci il FIFA Qitələrarası Kubokunun final matçı keçirilib.

Moderator.az xəbər verir ki, həlledici qarşılaşmada PSJ (Fransa) və "Flamenqo" (Braziliya) komandaları üz-üzə gəliblər.

Qətərin Ər-Rəyyan şəhərinin "Əhmə bin Əli" stadionunda baş tutan görüşün əsas vaxtı 1:1 hesabı ilə başa çatıb.

Matçda hesabı 38-ci dəqiqədə Paris təmsilçisindən Xviça Kvaratsxeliya açıb. Jorjinyo 62-ci dəqiqədə penaltini dəqiq yerinə yetirməklə hesaba tarazlıq gətirib.

Oyunun əsas vaxtına artırılmış 30 dəqiqədə hesab dəyişmədiyinə görə, qalibi müəyyənləşdirmək üçün penalti seriyasına keçilib.

PSJ futbolçuları penalti zərbələrini daha dəqiq yerinə yetirirərək (2:1) kuboka sahib çıxıblar.

 

Link kopyalandı!
Son xəbərlər