23:28
6°C
Bakı
Braziliyanın "Santos" komandasında çıxış edən Neymar karyerasını başqa komandada davam etdirə bilər.
Moderator.az "Marca" nəşrinə istinadən xəbər verir ki, onunla Braziliyanın digər təmsilçisi "Flamenqo" maraqlanır.
33 yaşlı hücumçunun hazırkı klubu müqavilənin müddətini daha bir il uzatmağı düşünür. Lakin, "Flamenqo" da Neymarı transfer etməyi planlaşdırır.
Hazırda "Flamenqo"nun bir neçə üzvü Neymarı "qırmızı-qaralar"a keçməsi üçün razı salmağa çalışır.
Qeyd edək ki, Neymar "Santos" futbol məktəbinin yetirməsidir.