Neymar karyerasını başqa komandada davam etdirə bilər
İdman
245
17 Dec 2025 | 21:55

Neymar karyerasını başqa komandada davam etdirə bilər

Braziliyanın "Santos" komandasında çıxış edən Neymar karyerasını başqa komandada davam etdirə bilər.

Moderator.az "Marca" nəşrinə istinadən xəbər verir ki, onunla Braziliyanın digər təmsilçisi "Flamenqo" maraqlanır.

33 yaşlı hücumçunun hazırkı klubu müqavilənin müddətini daha bir il uzatmağı düşünür. Lakin, "Flamenqo" da Neymarı transfer etməyi planlaşdırır.

Hazırda "Flamenqo"nun bir neçə üzvü Neymarı "qırmızı-qaralar"a keçməsi üçün razı salmağa çalışır.

Qeyd edək ki, Neymar "Santos" futbol məktəbinin yetirməsidir.

Link kopyalandı!
Son xəbərlər