Samir Abasov xaricdən təklif alıb:
İdman
133
15:26, Bu gün

Samir Abasov xaricdən təklif alıb: "Danışıqlar davam edir"

Bir müddət əvvəl "Neftçi" ilə yollarını ayıran Samir Abasov xaricdən təklif alıb.
 
Moderator.az xəbər verir ki, bu barədə AZƏRTAC-a 47 yaşlı mütəxəssisin özü məlumat verib.
 
O, qarşı tərəflə danışıqların aparıldığını bildirib:
 
"İki tərəf arasında olan söhbətlərdir. Hansı ölkə olduğunu deyə bilməyəcəyəm. Yalnız dəqiqləşdikdən sonra məlumat verəcəyik".
 
S.Abbasov son günlər adının "Araz-Naxçıvan" və "Turan Tovuz"la hallanmasına da münasibət bildirib:
 
"Azərbaycan klublarının heç birindən təklif almamışam. Ümumiyyətlə, danışıqlarımız olmayıb".
 
Mütəxəssis "Neftçi" haqqında isə danışmaq istəmədiyini vurğulayıb.
Link kopyalandı!
Son xəbərlər